Yeni depo bizə nə verəcək? - FOTO

Bir neçə gün əvvəl Bakı Metropoliteni yeni tikilməkdə olan Dərnəgül deposuna mediatur təşkil etdi. Televiziyada yayılan kadrlardan göründü ki, ərazidə qızğın iş gedir. Yaxın illərdə həm depo, həm stansiya hazır olacaq.
Bura qədəri öz yerində. Bəs yeni depo və stansiya Azərbaycana nə verəcək.
İşin nəqliyyatla bağlı tərəfi hamıya məlum olduğu üçün bunun üzərində ətraflı dayanmağa ehtiyac yoxdur. Təkcə bunu bildirmək istərdik ki, depo gələcəkdə xəttin Binəqədiyə uzadılmasına imkan verəcək. Binəqədi və Mehdiabaddan gələn avtobuslar gəlcəkdə Azadlıq prospekti stansiyasına deyil, ayrı bir yolla yeni depodakı stansiyaya yönləndirilərsə, o zaman 8-ci mikrorayon ərazisində nəqliyyat intensivliyi ciddi şəkildə azalar.
Metro inşaatının iqtisadi tərəfləri də maraqlıdır. Bu iş üçün yüksək ixtisaslı kadrlar, bahalı texnologiya tələb olunur. Metro inşaatı həm də çox bahalı layihədir. Ən əsası, yeni stansiya və deponun tikintisi çox böyük sayda yeni iş yerinin yaranması deməkdir. Tikintidə çalışanlar üçün iş yerləri qısamüddətli olsa da (layihə davam edərsə uzunmüddətli), metropolitendə işə götürüləcək heyət üçün uzunmüddətli olacaq. Bir sözlə, metro inşaatı minlərlə Azərbaycan vətəndaşı üçün uzunmüddətli gəlir yeridir.
Depo və stansiya istismara verildikdən sonra burada yüzlərlə ixtisaslı və ixtisasız kadr daimi əsaslarla çalışacaq. 16 hektardan böyük ərazidə bitkilərə, tikililərə və avadanlıqlara qulluq etmək üçün yüzlərlə işçi tələb olunur. Yeni depo və stansiya bu yolla işsizliyin azaldılmasına da kömək edəcək.
Nəhayət, azərbaycanlı mühəndislər metro inşaatında topladıqları təcrübəni gələcəkdə başqa ölkələrdə tətbiq edəcək. Bu təcrübənin dəyərini isə heç bir pulla ölçmək mümkün deyil.
Vüqar Yaşaroğlu

Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










