Yeni əkilən ağac tingləri niyə çıxarılıb? - RƏSMİ CAVAB - VİDEO

Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində, Kürdəxanı-Pirşağı yolunun kənarında yeni əkilən ağac tinglərinin sonradan çıxarılması ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən açıqlamaya görə, rayon ərazisində yeni yaşıllıqların salınması, yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə sözügedən yerdə bir neçə gün əvvəl əkilmiş ağac tingləri obyektiv zərurət yarandığından çıxarılaraq Sabunçu qəsəbəsinin Şəhər şossesi küçəsində, yolun sağ hissəsindəki sahəyə köçürülüb.
“Buna səbəb tinglərin əkildiyi sahənin Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu üzərindəki Kürdəxanı - Pirşağı qəsəbələri arasında layihələndirilən yol qovşağının tikintisi ərazisinə düşməsidir.
Qeyd edək ki, Sabunçu rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir, təkcə bu il ərzində rayon ərazisində 25 minə yaxın müxtəlif cinsli ağac tingləri əkilib”, - deyə məlumatda qeyd edilib.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










