Yeni Günəşlidə çökmə baş verib

Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisi, Günəşli yaylasında çökmə (oturma) baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun APA-ya verdiyi məlumata görə, Günəşli yaylası çökmə (oturma) sahəsində ərazidən keçən tektonik qırılma xəttinin (Zığ-Qum adası-Makarov bankası) təsirindən dik yamac istiqamətində qruntun oturması, torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb. Günəşli yaylasının qədim sürüşmə sahəsi olduğunu diqqətə çatdıran ekspedisiya rəisi bildirib ki, çökmə nəticəsində yaxınlıqdakı bir neçə ev deformasiya məruz qalıb.
Ə.Qaralovun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmə prosesinin dinamikasında, habelə Masazır qəsəbəsi M. İbrahimov küçəsi boyunca uçqun prosesinin dinamikasında və “Zəli gölü” adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












