Yeni Günəşlidə yollar buzdan təmizlənir – FOTO+VİDEO

Bakının Yeni Günəşli qəsəbəsi, "V" və "D" yaşayış massivlərinin buz bağlanmış yollarına qum və duz səpilib, yolun hərəkət hissəsi buz qalıqlarından təmizlənib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-dən verilən məlumata görə, ötən gecə və səhər saatlarında olduğu kimi, bu gün də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərinin ASC-nin balansında olduğu küçə və prospektlərin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi tədbirləri davam etdirilir. Yollara "Azəravtoyol" ASC-yə məxsus qar kürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib. Atılmış addımlar nəticəsində nə Bakı şəhərində, nə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunub. Analoji işlər paytaxtın Xətai rayonu ərazisində də aparılır.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI




















