Yeni Günəşlidəki restoranın səs-küyü sakinləri bezdirdi - Polis HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində yerləşən "Küncüt" restoranı ətraf ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
Qeyd olunub ki, restoran hər axşam saat 20:00-dan saat 00:00-a qədər yüksək səslə musiqi səsləndirir. Gecə isə həmin səs-küy fişənglərin atılması ilə müşayiət olunur. Ərazi sakinləri istirahətlərinin pozulduğunu bildirərək məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini tələb ediblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov qeyd olunan ünvanda gecə saatlarında pirotexniki vasitə partladaraq sakinləri narahat edən şəxslə bağlı polis əməkdaşları tərəfindən tədbir görüldüyünü bildirib.

"Həmin tədbirin təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Bir daha eyni əməli törədəcəyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi şəxsin diqqətinə çatdırılıb", - deyə E.İbrahimov vurğulayıb.
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI
Bank kartlarından oğurluqların qarşısını necə alaq? – İKT eksperti AÇIQLADI
"Tiktok"da canlı yayım açıb onu izləyən şəxsləri söydü – 15 sutka həbs edildi
İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ
Rəqsanə yenidən həbs ediləcək? - Səidə Bəkirqızı məhkəməyə verir











