"Yeni havalimanı dəmiryolu nəqliyyatının "yük"ünü yüngülləşdirəcək"

Paytaxt yaxınlığında yeni aeroport tikiləcək. Yeni hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək. Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir. Məlumata görə, hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra 1,5 milyon tona qədər artacağı planlaşdırılır.
- Hava yükdaşımasındakı yeni marşrut və məkanlar quru yolu ilə daşınmaların həcmini azaldacaqmı?
- Yükdaşımaların birbaşa Bakıya deyil, əsas ünvana getməsi Bakı havalimanındakı sıxlığı da azaldacaqmı?
Nəqliyyat məsələləri üzrə eskpert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanda yük və sərnişin daşınmasında çox böyük bir potensiala malik bir ərazi olacaq.

Elməddin Muradlı
“Burada xüsusən yüklərin daşınmasından danışa bilərik. Və yüklərin daşınması da hər bir halda təkcə dəmiryolunun və yaxud da avtomobil nəqliyyatının üzərinə düşə bilməz. Burada hava nəqliyyatının da sözsüz ki, rolu olmalıdır və bunun üçün artıq həmin ərazidə yeni havalimanının tikilməsi nəzərdə tutulur. Təbii ki, burda karqo yüklərin daşınması, ölkələrarası tranzit yüklərin daşınması və yaxud da Azərbaycanın öz istehsalı olan məhsulların daşınması əsas faktorlardan biridir”-deyə Elməddin Muradlı bildirib. Ekspert qeyd edib ki, Ələt Azad İqtisadi Zonası böyük bir gücə malik ərazidir və burda bütün Cənubi Qafqaz ölkələri ilə yanaşı digər xarici investorlar üçün çox gözəl şərait yaradılıb.
Ekspertin sözlərinə görə, daşımalarla bağlı bəzi çətinliklər var. Bu səbəbdən də, təkcə dəmiryolu nəqliyyatının üzərində köklənmək olmur. Vəziyyətdən çıxış yolu da hava nəqliyyatından da bu işdə səmərəli istifadə olunmasıdır.
Elməddin Muradlı bildirib ki, hava nəqliyyatından istifadə beynəlxalq təcrübədə də var. Operativlik baxımından da çox önəmlidir.
“Bəzi ölkələr, xüsusən də Avropa ölkələri bəzən Azərbaycanın iqtisadi imkanlarına və gücünə şübhə salır, müxtəlif layihələrin Azərbaycanın ərazisində olmasına və digər məsələlərə kölgə salmaq məqsədilə əsassız iddialarla ittiham etməyə çalışırlar. Xüsusən də yüklərin gec çatması, yüklənmələrin zəif aparılması, ərazinin relyefi və s. şərtləri önə çəkirlər ki, “bu dəhliz əlverişli dəhliz deyil”. Azərbaycan bir çox nəqliyyat dəhlizləri üzərində işləyir, təklif edir. Nəinki Azərbaycan, hətta Gürcüstanı da bu sıraya qatırlar ki, “sizin əraziniz əlverişli deyil, ona görə də bu olmaz”. Ancaq burada siyasi məqamlar var. Onlar Cənubi Qafqaz ölkələrinin inkişafını istəmirlər və yaxud da digər faktorları önə çəkirlər.
Ümumiyyətlə, bu lahiyə dəmiryolu nəqliyyatının yükünü azaltmış olacaq və yüklərin daha operativ şəkildə çatdırılmasını təmin edəcək. Təbii coğrafi şəraiti və təbiəti nəzərə almaq mütləq lazımdır. Bir yükü götürüb hardasa boşaltmaq və onu təzədən harasa yükləyib bir də daşımaq çox böyük xərc aparır. Yük təyyarələrinin birbaşa o əraziyə enməsi çox əlverişlidir”-deyə Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, Azərbaycan üçün hava limanlarının qısa bir zamanda tikilməsi də çox geniş bir təcrübə üzərində qurulub. İşğaldan azad olunmuş ərazilərdə çox qısa bir müddətdə bir neçə hava limanı tikilib, istifadəyə verilib. Füzuli hava limanı və Zəngilan hava limanından sonra yaxın vaxtlarda Laçın hava limanı da istifadəyə veriləcək. Bu səbəbdən də, bu məsələlər hamısı birlikdə təhlil olunub və müsbət nəticə olduğuna görə, yanaşma müsbət olduğuna görə də bunun icrası barədə artıq razılığa gəlinib.
"Qarabağ" "Ayntraxt"a qalib gəldi
İslam Səfərli küçəsi piyadalar üçün necə əlverişli ola bilər? – EKSPERT AÇIQLADI
İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTOLAR
Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA - FOTO
Ana-bacı söyüşü söyənlər niyə məsuliyyətə cəlb edilmir? – Vəkildən AÇIQLAMA
Elektromobillərin batareyalarını neçə il istifadə etmək mümkünür? - ARAŞDIRMA
“BakuBus” dərin çuxura düşdü, saatlarla orada qaldı - FOTO
Zəbt edilən örüş torpaqları, yox olan "kupça" – ARAŞDIRMA – FOTO - VİDEO
Yollarda xətlənmə işləri aparılacaq - 37 MİLYONLUQ LAYİHƏ
AZAL-ın təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq?
“İctimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsi texniki məsələlərlə sıx bağlıdır” - EKSPERT DANIŞDI











