Yeni İllə bağlı 5, yoxsa 7 gün iş olmayacaq? - RƏSMİ CAVAB

Qarşıdakı günlərdə Azərbaycanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətil günləri gözlənilir.
Avtosfer.az xəbər verir ki, hazırda tətilin 5 və ya 7 gün olması müzakirə mövzusudur.
Belə ki, bir müddət öncə sosial şəbəkələrdə ölkədə bayramlarla bağlı ardıcıl 7 gün iş olmayacağı barədə xəbərlər yayılmışdı. Bildirilmişdi ki, dekabrın 29, 30 və 31-i, eləcə də yanvarın 1-dən 5-nə qədər ardıcıl iş olmayacaq.
Baku.ws məsələ ilə əlaqədar Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Qurumdan cavab olaraq bildirildi ki, bu günə belə bir qərar yoxdur.
Bu zaman, əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı - 5 gün olacaq.
Şuşaya gedən sürücülərə XƏBƏRDARLIQ - Bu yollardan istifadə edin!
Bakının yeddi rayonunda söküntü aparılacaq - SİYAHI
Azərbaycanı ləkələməyə yönələn hesablar aşkarlanıb - FOTOLAR
Sərxoş halda tutulan qadın sürücü yol polislərinə qarğış etdi - VİDEO
Prezident 2 sərəncam imzaladı - Nazirlik və Şuşa…
Yanacağın qiymətindəki dəyişiklik nəqliyyat tariflərinə təsir edəcək?
Bakı-Sumqayıt yolunda tıxac niyə yaranır? – Ekspert sirri çözdü - VİDEO
Paytaxtın 25 küçəsində tıxac var - SİYAHI
Azərbaycan və erməni nümayəndələr Həkəri çayı üzərində görüşdü - 4 nəfər İrəvana aparıldı - FOTO
Sabiq icra başçısı “Ağçiçəyim”dən 200 min manat istəyib? - Hacı Ceyhundan açıqlama
Zəfər yolu qardan təmizlənir - VİDEO











