Yeni il restoranlarda qarşılaşamaq neçəyə başa gələcək? - QİYMƏTLƏR

Bakıda 31 dekabr – Yeni il gecəsini restoranda qeyd etmək istəyənləri müxtəlif qiymət aralıqları gözləyir. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, paytaxtdakı şənlik proqramları üçün müəyyən olunan tariflərə əsasən, 2026-cı ili qarşılamaq həm münasib büdcə ilə, həm də yüksək xərc hesabına mümkün olacaq. Aparılan araşdırmaya görə, bayram menyusu və şou proqramları daxil olmaqla, bir nəfərin ödənişi ən aşağı təxminən 80 manatdan Bu seqment əsasən standart menyu, musiqi proqramı və ailəvi iştirak üçün nəzərdə tutulur. Qiymət aralığının üst həddi isə xeyli yüksəkdir. Bəzi məkanlarda Yeni il gecəsi üçün ödəniş adambaşı 400-500 manatadək yüksəlir. Bu paketlərə konsert proqramı, xüsusi set menyular, atəşfəşanlıq və müxtəlif şou elementləri daxil edilir. Bəzi hallarda uşaqlar üçün ayrıca tədbirlər də təşkil olunur.
Ümumi mənzərə belədir:
Minimum xərc: təxminən 80 manat
Orta seqment: 120–200 manat
Yüksək seqment: 250–300 manat
Premium paketlər: 400–500 manat
Əksər məkanlarda 5–12 yaşlı uşaqlar üçün ödəniş yarı qiymət, 5 yaşdan kiçik uşaqlar üçün isə pulsuz tətbiq olunur.
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO










