Yeni ildən bu cərimələr artacaq - VİDEO

Növbəti ildən etibarən bir sıra sahələrdə inzibati məsuliyyət tədbirləri sərtləşdirilir. Yəni cərimələrin məbləği artılır. Yeni dəyişikliklər yol hərəkəti, mədəni quruculuq, ekoloji təhlükəsizlik və rəqəmsal mühit kimi sahələri əhatə edir. Bu cərimələr Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Avtosfer.az xəbər verir ki, hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, cərimələrin artırılması təkcə cəza məqsədi daşımır, əsas hədəf vətəndaşların məsuliyyətini gücləndirməkdir. O, deyir ki, növbəti ildən moto sürücülər dəbilqədən istifadə zamanı daha diqqətli olmalıdırlar. Cəzalar sərtləşdirilən daha bir istiqamət də Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama halı ilə bağlıdır. Belə ki, dövlət tərəfindən mühafizə olunan bu abidələri qəsdən məhv etmə və ya korlamaya görə iki min manatdan dörd min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyəcək. Hüquqşünas Ramil Süleymanov deyir ki, bağlı İnzibati Xətalar Məcəlləsinin “Xırda xuliqanlıq” maddəsinə əlavələr təklif olunub. Bu əməllərə görə, şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










