Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaq? - VİDEO

İndiyə qədər Bakıda genişləndirilən heç bir yol tıxac problemini həll etməyib. Ekspertlər yeni salınan yolun da tıxacı aradan qaldırmayacağı qənaətindədirlər.
Avtosfer.az xəbər verir ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər salınacaq yeni yoldan gedir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, əvvəllər də bəzi yollarda hərəkət zolaqları dəfələrlə genişləndirilib. Lakin mümkün tıxac probleminin qarşısını almaq mümkün olmayıb.
Ekspert bildirib ki, yeni yol bəzi küçələrin nəqliyyat yükünü azaldacaq. Amma tıxacın həlli üçün piyadayönümlü şəhər infrastrukturu qurulmalıdır.
Qeyd edək ki, yolun ümumi uzunluğu 3896 metr olacaq. Hazırda layihə çərçivəsində "Ulduz" metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində ağır texnikaların və avadanlıqların əraziyə daşınması işləri görülür.
Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir ... - VİDEO
Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib - Seysmoloqdan həyəcan təbili - VİDEO
İki min manatadək cərimə oluna bilərsiniz - XƏBƏRDARLIQ - VİDEO
Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bu gündən iki marşrutda gedişhaqqı 10 qəpik bahalaşdı
AYNA 5 min sürücü hazırlayacaq; Şərait də yaradılacaq - FOTO
Zəngəzur dəhlizindən keçid belə olacaq: Ermənilər arxa ofisdə oturacaq
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas səbəblərindən biri - FOTO - AÇIQLAMA
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq











