Yeni marşrut xətti bölgənin iqtisadi və turizm əhəmiyyətli şəhərlərini birləşdirir - Naqif Həmzəyev - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.
Yeni dəmir yol xəttinin regiona təsirləri ilə əlaqədar Avtosfer.az-a müsahibəsində Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev bildirib ki, həm təmsilçisi olduğu şəhər, həm də Mingəçevir bölgənin turizm əhəmiyyəyli məntəqələrindən biridir:

“Bu qatarın açılması region üçüm çox önəmli addımdır. Azərbaycanın bütün qərb bölgəsi Gəncə ilə birbaşa əlaqədədir. Burada 3 böyük universitet yerləşir. Eyni zamanda Gəncə regionun iqtisadi mərkəzi rolunu da üzərinə götürüb. Eyni zamanda, Mingəçevirdə də universitet var və bura həm də turizm şəhərlərimizdən biridir. Qarşılıqlı olaraq, Gəncə və Mingəçevirdən olan vətəndaşların səfərləri üçün nəqliyyat yükünü üzərinə götürən bu dəmir yollu xətti həm də yerli və xarici turistlərin regiona səyahətlərinin asanlaşdırılması istiqamətində də vacib əhəmmiyətə malikdir.
Qatar, həmçinin, Ağstafa istiqamətində də sərnişinlər üçün rahat səyahət və vaxta qənaət, ən əsası da çox az məbləğə bu səfərləri həyata keçirmək mümkün olacaq. Mən inanıram ki, bu regional xəttin açılması həm digər bölgələrimizə - Ağdam, Bərdə, Xankəndi, Füzuli, Naxçıvan və Lənkəran istiqamətlərində də bu cür reyslərin həyata keçirildiyinə şahidlik edəcəyik”.
Səfər
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












