Yeni metro stansiyaları hansı istiqamətlərdə olacaq? - VİDEO

Prezident İlham Əliyevin metro stansiyaları ilə bağlı çıxışından sonra hər kəsi bir sual maraqlandırır.
Yeni inşa olunacaq 10 yeni metro stansiyası paytaxtın hansı istiqamətlərində olacaq? Yeni stansiyaların nə vaxt istifadəyə verilməsi planlaşdırılır?
Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, inşaat mühəndisi Azər Axundovun sözlərinə görə, bu 10 stansiya bənövşəyi xətdən Ağ Şəhərə, yaşıl xətdən isə "Həzi Aslanov" stansiyasına kimi uzadılacaq:
"B4" hazırda tikilməkdə olan stansiyadır. Heydər Əliyev İdman Kompleksinin arxasında yerləşir. "B5" stansiyası təxminən Xarici İşlər Nazirliyinin, "B6" stansiyasi isə "Hökumət evi"nin arxasında planlanır. Arada isə "Sahil" keçid stansiyası olacaq, o da "Sahil" stansiyasının yanında düşünülür. "B7" "Xətai" stansiyası ilə keçid, "B8" stansiyası da Ağ Şəhərin Babək prospekti hissəsinə tərəf düşən hissəsi olmalıdır. "Y15", "Y16", "Y17" stansiyaları da "Xətai" ilə "Həzi Aslanov" arasında 8 Noyabr prospekti boyunca yerləşəcək", - deyə o bildirib.
"Y14" stansiyası isə Ağ Şəhər ərazisinə düşür. Bununla da 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.
Ətraflı süjetdə:
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










