Yeni metro stansiyalarında eskalatorların işləməməsinin səbəbləri məlum olub

Bakı metrosunun yeni açılan "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında quraşdırılmış eskalatorlar müəyyən edilmiş qaydalar və təlimatlar əsasında işləyir. Avtsofer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev son günlər KİV-də metronun yeni açılan stansiyalarında problem və çatışmazlıqlar barədə yazılanların əsl səbəbini "report"a açıqlayarkən bildirib: "Onların hərəkətində hər hansı bir qanuna uyğunsuzluq yoxdur".
"Metropolitenin iş rejminə dair qəbul olunmuş qayda və təlimatlarda eskalatorların hündürlüyü və iş prinsipləri barədə məlumat verilib. Belə ki, eskalatorun hündürlüyü 5 metrə qədərdirsə, həmin yerdə eskalatorun qoyulması məcburi deyil, yəni, sərnişinlərin düşüb-qalxması üçün pilləkənlər qoyulur. Eskalatorun hündürlüyü 5-7 metr arasıdırsa, burada eskalator ancaq yuxarı çıxmaq üçün qoyulmalıdır. Düşmək üçün isə pilləkən olmalıdır. Amma hündürlük 7-10 metrdisə, orada məcburən həm eniş, həm də çıxış üçün eskalatorlar qoyulmalıdır", - deyə N.Paşayev qeyd edib.
Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışında belə eskalatorların olduğunu bildirən N.Paşayev əlavə edib ki, söhbət keçiddən yuxarı çıxşı olan eskalatordan gedir.
"Eyni zamanda "Avtovağzal" və yeni Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasında giriş-çıxışdan keçidə düşmək üçün belə eskalatorlar quraşdırılıb. Diqqət yetirsəniz, piramidaların altında hər iki giriş-çıxışda iki eskalator və onların yanında pilləkən də var. Lakin bu o demək deyil ki, iki eskalator varsa, biri yuxarı, digəri aşağı işləməlidir. Dediyim təlimatlara əsasən, bu eskalatorlar ancaq yuxarı çıxmaq üçün nəzərdə tutulub. Yuxarı çıxmaq aşağı düşməkdən daha çətindir. Bu stansiyalarda eskalatorlardan biri hər zaman yuxarı işləyir, aşağı isə həmişə pilləkənlərdən istifadə edilməlidir", - deyə N.Paşayev bildirib.
Onun sözlərinə görə, stansiyalarda iki eskalator olmalıdır. Onlardan biri həm ehtiyatda saxlanılmalı, eyni zamanda gələcəkdə sərnişin sıxılığı olarsa hər iki eskalator eyni vaxtda işləyə bilər: "Bundan başqa, eskalatorla aşağı enərkən sərnişinlərin sıxlığı müşahidə edilərsə, bu halda hətta qurğu aşağıya doğru da hərəkət edə bilər. Lakin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında sərnişin sıxlığı hələ çox deyil, eskalatorları normal qaydalara uyğun olaraq işlədirik. Bu stansiyalarda onların hündüryü 5-7 m olduğuna görə, orada ancaq yuxarı çıxan eskalatorlar işləyir, aşağı düşərkən sərnişinlər pilləkənlərdən istifadə edirlər".
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








