Yeni piyada keçidi və avtomobil dayanacağı tikiləcək

Təzə Pir məscidinin qarşısında yeni piyada keçidi və avtomobil dayanacağı tikiləcək. Avtosfer.az-ın məlumatına görə, bu barədə "Azəravtoyol" ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatda deyilir.
Qeyd olunur ki, yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə Füzuli meydanındakı dairədə nəqliyatın hərəkəti bağlanıb, Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
Nəriman Nərimanov və Abdulla Şaiq küçələri tamamilə yenidən qurulması imkan verib ki, “Statistika” dairəsi kimi tanıdığımiz, daima avtomobil tıxacları yaranan dairəni ləğv edərək nəqliyyatın fasiləsiz hərəkətini təmin edən rahat bir yol qovşağı yaradılsın. Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmə də ləğv edilib və bir az irəlidə - Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.
Yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün Təzə Pir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12.6 min kv.m sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












