Yeni qanunvericilik təhlükəsizliyi daha da gücləndirəcək - ETX

Modern şəhər infrastrukturu yalnız nəqliyyat və idarəetmə sistemlərini deyil, həmçinin vətəndaşların evlərindəki IoT və digər cihazlarda toplanan fərdi məlumatları da əhatə edir. “Ağıllı şəhər” infrastrukturunun inkişafı və fərdi məlumatların qorunması bir-birilə əlaqəlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Fərid Zeynalov “Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər"” mövzusunda paneldə çıxışı zamanı deyib.
“Bu infrastrukturda həm şəxsi məlumatlar, həm davranış və biometrik məlumatlar, həm də maliyyə əməliyyatlarına dair məlumatlar emal olunur. Bu isə təhlükəsizlik risklərini artırır. Hər bir innovasiya və texnoloji yenilik həm təhlükəsiz, həm də vətəndaşların şəxsi həyatına hörmətlə yanaşan şəkildə tətbiq olunmalıdır. Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı qanunvericilik hazırda təkmilləşdirilir və yaxın gələcəkdə yeni qanunvericilik təşəbbüsü ilə vətəndaşların hüquqları və məlumatların təhlükəsizliyi daha da gücləndiriləcək”, – deyə F.Zeynalov bildirib.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












