Yeni təmir olunmuş yolu qazan bu qurum imiş - RƏSMİ - FOTO
Gündəm
7 Oktyabr 2021 16:08
Oxunub 1258

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ("Azəravtoyol") bu günlərdə təmirini başa çatdırdığı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsinin yan yolunun altından keçən elektrik xəttində qəza baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
"Təəssüflər olsun ki, yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum ("Azərişıq" ASC) qəzanı aradan qaldırır", - deyə o qeyd edib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR















