Yeni Xankəndi-İrəvan avtobus marşrutu işə düşdü

Ermənilərin işğal altındakı Ağdərə-Kəlbəcər ərazisindən Göyçəyə ("Vardenis”) çəkdikləri yeni yolla İrəvana gedən ilk marşrut avtobus işə düşüb. Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Həmin yolla avtomobillərin hərəkəti sentyabrın 1-dən başlayıb. Noyabrın 1-də isə Xankəndindən eyni yolla Ağdərə, Kəlbəcər və Göyçədən keçməklə İrəvana gedən ilk avtobus yola düşüb. 18 yerlik mikroavtobusa bilet 4500 dramdır(təxm.10 dollar). Erməni sərnişinlər İrəvana yeni marşrutdan razı qalıblar. Laçın və Gorusdan keçməklə gedən yolla da gediş haqqı eyni qiymətədir. Lakin yeni yol Laçın yolundan 10 km qısadır və dağlıq ərazilərdə döngələr xeyli azdır. Odur ki, sərnişinlər İrəvana yarım saat tez çatırlar. Xəbərdə xatırlardılır ki, Ağdərə-Göyçə yolunun tikintisinə 17 mlrd. dram (təxm. 35 mln. dollar) xərclənib.
P.S. Yəqin ermənilər Azərbaycan ərazisindən keçən İpək yolunu Avropaya- Londona birləşdirən nəhəng Bakı-Tbilisi-Qars layihəsinin açılmasından sonra özlərinə cəmi 116 km uzunluğu olan Ağdərə-Göyçə yolu ilə təsəlli verməyə çalışırlar. Amma bütün hallarda torpaqlarımızda ermənilərin miqyasından asılı olmayaraq hər hansı bir layihə həyata keçirməsi bizim üçün başalçaqlığıdır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












