Yenicə təmirdən çıxan mərkəzi xəstəxananın damından su sızır - FOTO - YENİLƏNİB

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, 14 fevral saat 11:00 - 12:00 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində sanitar qovşaqda su borusunda problem yaranıb və bu səbəbindən 1-ci mərtəbəyə su sızıb. Dərhal sızıntının baş verdiyi ərazidə qırmızı zolaq çəkilib və 1 saat ərzində problem tam aradan qaldırılıb.
***
14.02.2025 - 19:30
***
Göyçayda xəstəxananın ortasına vedrə qoyulub.
Avtosfer.az xəbər verir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının girişindəki dəhlizə vedrə qoyulub.
Buna səbəb tavandan su damması olub. Sakinlər xəstəxanada yaranan vəziyyətin fotosunu sosial şəbəkələrdə yayıb.

Qeyd edilib ki, əsaslı təmirdən yenicə çıxan Göyçay Rayon Mərkəzi Xəstəxanasının damı uzunmüddətli yağıntılardan sonra davam gətirə bilməyib, damdan su sızmağa başlayıb. Buna görə də su sızan yerin altına vedrə qoyulub, vətəndaşlar vedrəni aşırmasın, suya ayağını salmasın deyə də xəbərdaredici nişan əvəzinə yanına stul qoyulub.
Məsələ ilə əlaqədar TƏBİB-ə sorğu göndərdik, lakin qurumdan hələ də açıqlama verilməyib.
Səfər
Bakının yeni stansiyalar üçün əlverişli əraziləri - SİYAHI
Pirşağı yolunda gecə sürücüləri narahat edən problem - Nasaz yol işıqları - VİDEO
Qəzaların tez-tez baş verdiyi yol - Nə nişan var, nə də işıqfor - VİDEO
Almaniyada avtoyuma açmaq istəyən azərbaycanlıya elə şərt qoyuldu ki…
“Epşteyn sənədləri” müəyyən vəzifələrdəki şəxsləri postundan “vurmaq” üçün ortaya atılır - POLİTOLOQ
Paytaxtın bu yollarında tıxac var - SİYAHI
Bakıda tramvaylar niyə ləğv edilmişdi?
Bu ərazidə yolun bir hissəsi qazılıb, nişan yerinə isə daş qoyulub - VİDEO
“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var - DETALLAR
Əhali arasında yayılan respirator virus nədir? - İnfeksionistdən AÇIQLAMA
Avtobuslarda gedişhaqqı ucuzlaşa bilərmi? - SƏBƏB










