Yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib - FOTO

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Avtosfer.az-a bildirilib ki, müvafiq sahədə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə icazənin verilməsi, ixrac nəzarətinə düşən malların ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi, radiotezliklərin ayrılması, eləcə də radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsinin verilməsi ilə bağlı müraciətlərin qəbulu həyata keçirilir.
Tədbir zamanı iştirakçılara sistemin əsas funksionallığı, tətbiq edilən yeni texnoloji imkanlar, istifadəçi interfeysinin təkmilləşdirilməsi, həmçinin təqdim olunan xidmətlərin optimallaşdırılması barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, yenilənmiş sistem radioelektron vasitələrin qeydiyyatı və icazənin verilməsi üzrə prosedurların daha şəffaf, çevik və operativ şəkildə həyata keçirilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına və proseslərin avtomatlaşdırılmasına xidmət edəcək.
Bununla yanaşı, sistem vasitəsilə təqdim edilən xidmətlərdə monitorinq, hesabatlılıq və müraciətlərin izlənilməsi imkanlarının genişləndirildiyi vurğulanıb.
Tədbir çərçivəsində iştirakçılara sistemdən istifadə qaydaları ilə bağlı praktiki nümunələr təqdim olunub, real vaxt rejimində müraciətlər üzrə icra mexanizmi nümayiş etdirilib.
Həmçinin gələcəkdə funksionallığın daha da genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması və texniki dəstək imkanlarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, eləcə də təklifləri dinlənilib. Bildirilib ki, iştirakçılar tərəfindən təqdim edilən rəy və tövsiyələr sistemin inkişaf etdirilməsi prosesində mühüm rol oynayacaq.



İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












