Yeniyetmələrin depressiyaya düşməsinin səbəbi nədir? – PSİXOLOQ AÇIQLADI

Son dövrlərdə depressiya halları daha erkən yaşlarda müşahidə olunmağa başlayıb. Artıq məktəbli, hətta ibtidai sinif şagirdləri belə psixoloji çətinliklərlə üzləşirlər. Mütəxəssislər bu vəziyyəti müxtəlif amillərlə əlaqələndirirlər – texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrdə yaranan saxta həyat tərzi təəssüratı, ailə daxilində və cəmiyyətin gözləntiləri fonunda yaranan təzyiqlər gənclərin psixikasına mənfi təsir göstərir.
Bəs depressiyanın bu qədər erkən yaşlara enməsinin səbəbi sosial şəbəkələr, ailə və cəmiyyət təzyiqləri ola bilərmi?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Avtosfer.az-a açıqlmasında bildirib ki, ümumiyyətlə, depressiyanın bu qədər erkən yaşlara enməsində bir neçə əsas faktor rol oynayır:

“Ailə təzyiqləri, sosial şəbəkələrin təsiri və cəmiyyətdəki ümumi gərginlik bu halların artmasına səbəb olur. Davamlı sosial şəbəkə istifadəsi gənclərdə "yetərsizəm", "ayaqlaşa bilmirəm" kimi düşüncələr yaradır ki, bu da depressiyaya yol aça bilər.
Ailə daxilində isə valideynlərin övladlarına yüksək gözləntilərlə yanaşması – universitetə qəbul, yüksək nəticələr və s. kimi hallar bəzən şiddətli psixoloji təzyiqə çevrilir. Valideyn fərqində olmadan övladının özgüvənini zəiflədə və onu gərginlik altına sala bilər. Son dövrlərdə xüsusilə abituriyentlər arasında depressiyaya düşmə halları artır, çünki üzərlərindəki təzyiq onları emosional yüklənməyə məruz qoyur”.

Psixoloq əlavə edib ki, depressiyanın müxtəlif növləri var: payız depressiyası, major, minor və distimik (uzunmüddətli) depressiya:
“Bəzən bu halları fərqləndirmək çətin olur və yalnız mütəxəssis tərəfindən diaqnoz qoyula bilər. Eyni zamanda hormonal dəyişikliklər və genetik meyillilik də depressiyanın erkən yaşda ortaya çıxmasına səbəb ola bilər”.
Eltac Zülfüqaroğlu
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?










