Yer kürəsinə həyat kosmosdan ötürülüb - ŞOK İDDİA

Şotlandiyanın Edinburq Universitetindən olan bir qrup alim Yer üzərində mövcud olan həyatın kosmosda sürətlə hərəkət edən toz axınları və canlı mikroorqanizmlər vasitəsilə ötürüldüyünü iddia edir. Avtosfer.az xəbər verir ki, elm adamları saniyədə 70 kilometr sürətlə hərəkət edən miroorqanizmlərin Yer kürəsinə canlı həyat gətirdiyini sübut etmək məqsədilə atmosferdə davamlı olaraq planetimizi hədələyən meteoritləri nümunə gətiriblər. Onların fikrincə, bombalayıcı xarakterə malik tozcuqlar Yer kürəsindən 150 kilometr və daha uzaqda yerləşən hissəcikləri sürətlə planetin atmosferinə göndərib. Tədqiqatçılar illərdir NASA-nın müşahidə etdiyi proseslərin, əslində planetlərə canlı orqanizmin ötürülməsi olduğu qənaətindədir. Bəzi canlı orqanizmlərin, xüsusilə də bakteriya, bitki və mikroskopik varlıqların kosmosda mövcud olduğunu nəzəra alan alimlərin fərziyələrində həqiqət payının olması ehtimal edilir. Tədqiqatçıların iddialarına NASA heç bir münasibət bildirməyib. Bu iddialara qədər alimlər, bir planetdən digər planetə canlı həyatın ötürülməsinin yalnız asteroidlər vasitəsilə mümkün olduğuna inanırdı. (publika.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












