Yeraltı dayanacaqlar fövqəladə hadisələrə hazırdır? - VİDEO

İri ticarət mərkəzlərindən birinin yeraltı dayanacağında saatlarla tıxac yaranıb. Dayanacağın çıxışında görülən təmir işləri ilə əlaqədar sürücülər və sərnişinlər avtomobillərdə uzun müddət gözləməli olublar.
Bu məsələ dayanacaqların təhlükəsizlik durumunu gündəmə gətirib. Əgər çıxış fövqəladə hadisəyə görə, bağlansaydı, o zaman bu arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sözügedən tipdə inşa edilən dayanacaqlarda hər bir fövqəladə vəziyyətin yaranma ehtimalı nəzərə alınaraq əlavə çıxışlar da olmalıdır.
Ekspert bildirib ki, bu dünya təcrübəsində də var ki, yeraltı və ya yerüstü dayanacaqlar inşa olunarkən əsas ödənişli giriş çıxışdan əlavə, avtomobillər üçün təhlükəsizlik çıxışı da inşa olunur. Bu çıxış isə belə hallarda nəzarətçi tərəfindən açılaraq avtomobillərin buraxılışı tənzimlənir.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, parkinqlərdəki giriş-çıxış sayı avtomobillərin sayına uyğun tənzimlənir. Bu sayın az olmasına görə ticarət mərkəzlərinin cərimə edilməsi isə FHN-nın səlahiyyətində deyil.
Daha ətraflı videomaterialda.
"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO
Hər gün yanından keçirik, amma görmürük — Uşaqları belə "zəhərləyirlər"
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış
Baş nazir post usual altında olan Stramer Çinə niyə getdi? – Politoloq səbəbləri AÇIQLADI - FOTO
Siqaret çəkənləri hansı cərimələr gözləyir? - MƏBLƏĞLƏR
Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar - VİDEO
İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə görüşdü - FOTOLAR
Temperatur aşağı düşəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov danışdı
Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF











