Yerevanda avtobusun partlaması terror çıxdı

"Yerevanda 63 saylı marşrut avtobusunu iki dəfə məhkum olunmuş Ermənistan vətəndaşının partlatdığı ehtimal edilir". Avtosfer.az xəbər verir ki, bu barədə "report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidməti bildirib. Məlumata görə, partladılan avtobusun yaxınlığından cib telefonu kartı aşkar edilib. Həmin kartın əvvəllər iki dəfə məhkum edilən Ermənistan vətəndaşına məxsus olduğu müəyyənləşib. Həmin şəxsin yaşadığı mənzildə aparılan axtarış zamanı oradan "trotil" partlayıcı maddə, detonator və müxtəlif elektron avadanlıq aşkar olunub. İddiaya görə, həmin "trotil"in izi partlayan avtobusda aşkarlanıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərdən birinin kimliyi məlumdur. O birinin isə telefon kartının sahibi olduğu ehtimal olunur. DNT testi etmək üçün həmin cəsəddən nümunə götürülərək laboratoriyaya göndərilib.
Hadisənin törədilməsinin səbəbi araşdırılır. Bəzi məlumatlara əsasən, hadisə şəxsi motivdə törədilib. Partlayışı törədən bununla yaxınlarına maddi ziyan vurmaq istəyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












