Yerevanda qiyamçılar polis maşınını yandırdı

Yerevanda post-patrul alayının binasını zəbt etmiş silahlı qrup polis maşınını yandırıb. Bunu qiyamçlarla hökumət arasında vasitəçilik edən Vitali Balasanyan deyib. "Onlar alayın ərazisində avtomobil yandırdılar, buna baxmayaraq, dövlət orqanları silahı yerə qoyana qədər danışıqları davam etdirəcək”, - deyə Balasanyan yerli mediaya bildirib. Məlumata görə, alayın ərazisində polisə məxsus çoxlu silah-sursat, xüsusi avadanlıq və avtomobillər var.
Bu arada silahlı qrupun üzvləri Balasanyanın vasitəçiliyindən imtina ediblər. Bildiriblər ki, bundan sonra onların maraqlarını 90-cı illərdə Qarabağ müharibəsində Sisyan alayının komandiri olmuş Aşot Minasyan təmsil edəcək. Hazırda qiyamçıların zəbt etdikləri polkun yanında onlara dəstək mitinqi keçirilir. "Təsis Məclisi”nin üzvü Alek Ynigomşyan mitinqdə bildirib ki, alayın ərazisində rabitə, elektrik enerjisi kəsilib, qida yoxdur. Ərazidə yaralı var, amma ona tibbi yardım göstərilmir. "Məhz bu münasibətə etiraz olaraq, silahlılar alayın ərazisindəki polis maşınlarından birini yandırıblar”, -deyə Yenigomşyan bildirib. (virtualaz.org)
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












