Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO

Azərbaycanın şimal zonası paytaxta yaxınlığı, meşələri, çayları, dənizi və dağ mənzərələri ilə həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu bölgələrdən biridir. Xüsusilə Xudat və Nabran bölgəsi təbiəti və iqlim şəraiti ilə seçilir. Lakin bu potensiala baxmayaraq, bəzi yaşayış məntəqələrində ciddi nəzarətsizlik müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, Xudat şəhərinin Çaxçaxlı kəndi ərazisində ekoloji vəziyyətlə bağlı narahatlıq doğuran faktlar qeydə alınıb. Yerli sakinlərin və bölgədə olan şəxslərin bildirdiyinə görə, məişət tullantılarının atılması üçün kənd sakinlərinə meşə və çay kənarları göstərilib. Bu isə həm ətraf mühitin çirklənməsinə, həm də bölgənin turizm potensialının zədələnməsinə səbəb olur.
Məlumata görə, zibil məhz meşə ərazilərinə və çay yataqlarının yaxınlığına atılır. Bu hal su ehtiyatlarının çirklənməsi ilə yanaşı, flora və fauna üçün də ciddi təhlükə yaradır. Sakinlər bildirirlər ki, tullantıların basdırılması və ya müvafiq poliqona daşınması üçün heç bir alternativ təqdim edilməyib.
Diqqət çəkən digər məsələ isə kəndin infrastrukturu ilə bağlıdır. Qeyd olunur ki, bəzi yaşayış məntəqələri faktiki olaraq sivilizasiyadan kənarda qalıb, normal avtomobil yolları mövcud deyil. Hətta ictimai nəqliyyatın davamlı fəaliyyəti belə təmin olunmayıb ki, bu da sakinlərin gündəlik həyatını daha da çətinləşdirir.
Eyni zamanda yay mövsümündə çimərlik ərazilərinə iribuynuzlu heyvanların buraxılması ilə bağlı da narazılıqlar səsləndirilir. Bu hal həm sanitar-gigiyenik normalara ziddir, həm də istirahətə gələn vətəndaşların narazılığına səbəb olur.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək bölgədə tullantıların idarə olunması, yol infrastrukturu və ekoloji nəzarətin gücləndirilməsini tələb edirlər.
Avtosfer.az-ın əldə etdiyi məluma görə, Xaçmaz rayonunun Xudat və Nabran ərazilərində qeyd edilən ünvanlarda yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.
Eltac Zülfüqaroğlu


İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər - Tramp müşavirə keçirdi
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO










