Yerli turistlər Xocalı yaxınlığındakı kəndi zibilxanaya çevirib; Polis hərəkətə keçdi - VİDEO

İşğaldan azad edilən Qarabağ torpaqlarına artıq hər kəs rahat şəkildə gedib-gəlir, bölgənin füsunkar təbiətini seyr edir.
Lakin təəssüf ki, bəzi vətəndaşlar yalnız gəzməklə kifayətlənmir, öz zibilini təmizləmədən əraziləri tərk edirlər. Bu isə həm gigiyenik baxımdan təhlükə yaradır, həm də Qarabağın gözəlliyinə kölgə salaraq xoşagəlməz mənzərə ortaya çıxarır.
Avtosfer.az xəbər verir ki, belə hallardan biri də Xocalı və Xankəndi arasında yerləşən Ballıca kəndində qeydə alınıb. Burada vətəndaşların tullantıları təbiətin qoynunda qalaqlandığı üçün həm ekologiyaya ziyan dəyir, həm də gələn turistlərdə pis təəssürat yaradır.
Bu cür halların qarşısının alınması üçün həm nəzarət gücləndirilməli, həm də vətəndaşların maarifləndirilməsi aparılmalıdır. Çünki təbiəti qorumaq, Qarabağın gözəlliyini gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin borcudur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, polisin müşayəti ilə aidiyyəti qrumların əməkdaşları tərəfindən ərazidəki anti-sanitar vəziyyət aradan qaldırılıb.
Eltac Zülfüqaroğlu
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi











