Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi - RƏSMİ - FOTO

Yevlax Şəhər Mərkəzi Xəstəxanasının ətrafında antisanitar vəziyyətlə bağlı məlumat vermişdik. Sözügedən vəziyyətlə bağlı xəstəxana rəhbərliyi cərimələnib.
Bu barədə Oxu.Az-a Yevlax Rayon Mənzil Kommunal İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, xəstəxana uzun müddətdir məişət və xəstəxanada istifadə edilən digər tullantıların daşınması üçün heç bir ödəniş etməyib:
“Belə ki, xəstəxana ilə Yevlax Mənzil Kommunal İstehsalat Birliyi arasında tullantıların daşınması üçün müqavilə imzalanıb. Xəstəxana isə bu müqavilənin tələblərini yerinə yetirməyib. Ödəniş olmadığına görə, tullantıların daşınması həyata keçirilməyib. Bu səbəbdən də tullantılar xəstəxananın tibbi personalı tərəfindən xəstəxana binasının hasarında arxa tərəfə atılıb.
Bu da haqlı olaraq narazılıq yaradıb. Vətəndaşların şikayəti əsasında,əraziyə baxış keçirilib. Pandemiya dövründə belə vəziyyətin yaranmasına şərait yaratdığı üçün Yevlax Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin (İXM) 266.4 maddəsi ilə cərimələnib.
Cərimə tətbiq edildikdən sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası müqavilə əsasında Yevlax Mənzil Kommunal İstehsalat Birliyinə olan müvafiq maliyyə borcunu dərhal ödəyib. İki qurum arasında yenidən müqavilə imzalanıb. Bundan sonra Yevlax Mənzil Kommunal İstehsalat Birliyinin əməkdaşları tərəfindən ərazi təmizlənib, dezinfeksiya olunub. Vəziyyətlə bağlı xəstəxana rəhbərliyinə xəbərdarlıq olunub, bənzər vəziyyətin təkrarlanmaması barədə təlimat verilib”.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










