Yevlaxda 1000 manat alan şəxsdən 10 min istənildi: Sələmçilərdən şikayət - VİDEO

Bir qrup Yevlax sakini sələmçi tərəfindən aldadıldıqlarını iddia edir.
Onlar bildirir ki, Yevlax sakini Qiyas Pənahovdan sələmə pul götürüblər. Sonradan bu borc şişirdilib. Məsələn, 500 manat götürən şəxsdən 5000, 1000 manat alan şəxsdən isə, 10 min manat pul istənilib.
Şikayətçilər iddia edir ki, sözügedən sələmçiyə. bu şişirdilmiş məbləği ödəmədikdə maşın ev, torpaq və digər dəyərli əmlakları əllərindən alınır.
Şikayətçilər arasında Bərdə və Tərtər rayon sakinləri də var.
Yevlax sakini İlkin Kərimov da həmin şəxsdən sələmə pul götürmək istəyib, lakin aldadıldığını son anda öyrənib və fikrindən daşınıb.
Bu məsələdə adı hallanan Qiyas Pənahovla əlaqə saxlamaq istəsək də zənglərimiz cavabsız qalıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirdi ki, səsləndirilən iddialarla bağlı daxil olmuş müraciətlər əsasında araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Ətraflı videomaterialda.
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO








