Yevlaxda narkokuryerlər tutuldu - FOTO - VİDEO

Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı çətənə bitkisinin kultivasiyasını təşkil edən Ceyhun Məmmədov saxlanılıb. Onun evinin yaxınlığındakı əraziyə baxış zamanı 30 kiloqram 93 ədəd çətənə bitkisi aşkarlanıb.
Bundan başqa, polisin keçirdiyi digər tədbir zamanı narkokuryerlik edən əvvəllər məhkum olunan Ruslan Məmmədov və qohumu Xalid Abdullayev saxlanılıblar. Həmin şəxslərdən 16 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. Onlar narkotik vasitələri deyilən ərazilərə çatdıraraq maddi qazanc əldə etmək məqsədi ilə İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO
Hər gün yanından keçirik, amma görmürük — Uşaqları belə "zəhərləyirlər"
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış
Baş nazir post usual altında olan Stramer Çinə niyə getdi? – Politoloq səbəbləri AÇIQLADI - FOTO
Siqaret çəkənləri hansı cərimələr gözləyir? - MƏBLƏĞLƏR
Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar - VİDEO
İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə görüşdü - FOTOLAR
Temperatur aşağı düşəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov danışdı
Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF











