Yevlaxda qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb

Ötən gün Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla saat 01 radələrində Gəncə şəhər sakini Telman Pənahova məxsus “Ford Transit” markalı avtomobilin Havarlı kəndi ərazisindən qaçırılması məlum olub Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Avtomobil saat 02 radələrində Ağdaş rayonunun Şıxlı kəndinin ərazisində yanan vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Təxirəsalınmaz tədbirlərlə avtomobili qaçıraraq yandırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












