Yevlaxda yol qəzasına düşən şagirdlər yenidən imtahan verəcək

Martın 11-də Yevlaxda məktəbliləri aparan mikroavtobusun qəzaya düşməsi nəticəsində 20 nəfər yaralanıb. Onların 17-si Aran -1 saylı qəsəbə məktəbinin buraxılış imtahanına gedən şagirdləri, 1-i müəllim, digər 2 nəfəri isə katibə və sürücüdür. İcbari Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova yaralıların son durumu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Hadisə ilə bağlı Yevlax xəstəxanasına 15 nəfər daxil olub. Onlara dərhal tibbi yardım göstərilib və onlar evə buraxılıb. Mingəçevir xəstəxanasına isə 5 nəfər göndərilib. Onlardan 4-nün vəziyyəti hazırda stabildir. 1 nəfərin vəziyyəti isə ağır-stabildir. Lakin həkimlərin verdiyi məlumata görə, xəstədə yüksək dinamika müşahidə olunur. Həmin şagird ağır beyin əməliyyatı keçirmişdi”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəzayla əlaqədar rayona gedib. Mərkəzdən verilən məlumata görə, qəzaya uğrayan şagirdlərin yenidən imtahan verməsi üçün şərait yaradılacaq.
Qəza ilə bağlı artıq cinayət işi başlanılıb. Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Qurum rəsmisi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.1-1 -ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Əliyev bildirib ki, faktla bağlı saxlanılan yoxdur.
Xatırladaq ki, martın 11-də səhər saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 20 sərnişin xəsarət alıb.
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO










