Yevlaxdakı qəza zamanı xəsarət alan şagirdlərdən biri beyin əməliyyatı olundu

Yevlax rayonu ərazisində baş verən yol qəzası nəticəsində ağır xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 nəfərdən 4-nün vəziyyəti stabilləşib. Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, xəsarət alanlardan 4 nəfərin vəziyyəti normaldır: "1 nəfərin vəziyyəti ağır olaraq qalır. Buna səbəb isə həmin xəstənin beyin nayihəsindən əməliyyat olunmasıdır. Əməliyyata görə xəstənin vəziyyəti hələ də ağır qiymətləndirilir". Xatırladaq ki, martın 11-də səhər saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub.
Toqquşma nəticəsində mikroavtobusda olan 20 sərnişin xəsarət alıb. Onlardan 15 nəfəri Yevlax rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 5 nəfərin vəziyyəti ağır olduğundan isə onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO










