“Yeyib-içməyə xərclədim”: Avtomobildən 20 min pul oğurlayan şəxs - VİDEO

Avtomobilin şüşəsini qıraraq içindən 20 min manat pul oğurlayıb. Hadisə Abşeron rayonu Masazıq qəsəbəsində baş verib. ''Qurtuluş 93'' yaşayış kompleksində yaşayan şəxslərdən biri polis idarəsinə məlumat verib ki, gecə avtomobili qarət edilib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis müəyyən edib ki, avtomobildən 20 min manatı qəsəbə sakini Cəlil Quliyev oğurlayıb. Çox çəkməyib ki, Cəlil Quliyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun bu ilin fevral ayının 20-də Abşeron rayonu ərazisində başqa bir "Land Rover" markalı avtomobilin şüşəsini sındıraraq maşının içində olan gödəkçənin cibindən 640 manat pul oğurladığı da məlum olub.
Suraxanı polisi isə bu ilin mart ayında Hövsan qəsəbəsində Nərgiz Lətifovanın Qum Adası yaşayış massivindəki fərdi yaşayış evindən 1 ədəd 1200 manat dəyərində noutbuku oğurlayan əvvəllər məhkum olunmuş Gürcüstan vətəndaşları Polad Şabanov və Tariyel Həsənəliyevi saxlayıb. Saxlanılan şəxslər ifadələrində qeyd edilən hadisədən başqa rayon ərazisində 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.
Qeyd edilən faktla bağlı rayon polis idarəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












