Yol çəkilməsindən hansı şirkətlər nə qədər pul qazanır - SİYAHI

Son dövrlərdə Azərbaycanda yolların təmiri və infrastrukturun yaxşılaşdırılması ilə bağlı bir çox layihələr həyata keçirilir. Bu layihələrdə ən çox fəallıq göstərən şirkətlər yol təmir tenderlərini udaraq iri məbləğlərdə müqavilələr bağlayıblar.
Avtosfer.az xəbər verir ki, 2024-cü il ərzində yolların təmiri ilə bağlı ümumi dəyəri 44 950 563 AZN olan 33 tenderə yekun vurulub.
Tenderlərdə uğur qazanan şirkətlər arasında “Koneks Construction” MMC xüsusi olaraq diqqət çəkir. Bu şirkət ümumilikdə 9 tender udub və təmir işləri üzrə cəmi 4 210 074 AZN dəyərində müqavilələr bağlayıb. Şirkət Yasamal, Nərimanov, Tərtər, Suraxanı, Füzuli və digər rayonlarda yol təmiri işləri ilə məşğul olub. Tenderlərin əhatə etdiyi layihələr əsasən yollarda yenidənqurma və asfalt örtüyünün təmiri işlərini əhatə edir.
Digər önəmli iştirakçılardan biri olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 6 tender qazanaraq 2 018 221 AZN dəyərində sifariş əldə edib və ən çox tender udan ikinci şirkət olub. Şirkət əsasən Cəlilabad, Astara, Lerik kimi rayonlarda yolların əsaslı təmiri işlərini həyata keçirib.
Bundan əlavə “İS.M.M.” MMC şirkəti 3 tenderdə qalib seçilib və siyahıda üçüncü sırada qərarlaşıb. Şirkət ümumilikdə 1 830 608 AZN dəyərində layihələr icra edib. Şirkət əsasən Salyan, Gədəbəy və Şabran rayonlarında yolların təmiri ilə məşğul olub.
Digər ən çox tender uda şirkətlərdən olan “Aztimont” ASC və “Eracon” MMC hər biri 2 tenderin qalibi olub. Uyğun olaraq “Aztimont” ASC-nin əldə etdiyi gəlir 23 402 784 AZN, “Eracon” MMC-nin əldə etdiyi gəlir isə 20 600 AZN dəyərindədir.
Daha detallı aşağıdakı cədvəldə:

Mənbə: FED.az
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











