Yol hərəkəti qaydalarını pozan sürücülər cərimələnib - Siyəzəndə

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində reyd keçiriblər. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın şimal bürosunun verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 20-yə yaxın sürücü inzibati qaydada cəzalandırılıb, sürət həddini aşan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə daha çox rast gəlinib. İki sürücünün isə avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib.
Bununla yanaşı, reyd zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən iki nəfər də aşkarlanaraq barələrində inzibati qaydada protokollar tərtib edilib.
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əsgərbəyli bildirib ki, bu kimi reydlərin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxarmaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












