Yol Hərəkəti Təhlükəsizliyi İnspeksiyasının rəisini işdən çıxarıldı

Rusiya prezidenti Vladimir Putin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspeksiyasının (DYHTİ) rəisi Viktor Nilovu tutduğu vəzifədən azad edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, V. Nilov dövlət qulluğunda olarkən ən yüksək yaş həddinə çatdığı üçün vəzifəsindən azad edildiyi bildirilir. 62 yaşlı general 2011-ci ildən DYHTİ rəisi vəzifəsini tutub. Putin həmçinin İstintaq Komitəsinin Çukotksk muxtar dairəsi üzrə istintaq idarəsinin rəisi Sergey Davıdov, məhkəmə icraçıları federal xidmətinin rəis müavini Tatyana İqnatyeva, dövlət feldyeger (dövlət kuryeri) xidmətinin maddi-texniki dəstək idarəsinin rəisi Aleksandr İvanov, Novqorod vilayətinin qubernatoru Andrey Kikotya, İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə istintaq idarə rəisinin birinci müavini Pavel Mullin və Rusiyanın Avropa insan haqları məhkəməsində səlahiyyətli nümayəndəsi Georqi Matyuşkini istefaya göndəriblər. Kadr dəyişikliklərin səbəbləri barədə məlumat verilmir.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












