Yol hərəkəti təhlükəsizliyi Komissiyasının tərkibi dəyişdi

Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısında dəyişiklik edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında" fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb. Ləğv edilən Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri olmuş Elşən Hacızadə, Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri olmuş Elman Gərayzadə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısından çıxarılıb, onlar müvafiq olaraq Nazirlər Kabineti Aparatının kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin edilmiş Şahin Salahov və Nazirlər Kabineti Aparatının təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri təyin edilmiş Qulu İmanquliyevlə əvəzlənib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












