Yol kənarından 7000 manatlıq avadanlıq oğurlayanlar tutuldu

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə dekabrın 10-da Buzovna qəsəbəsi ərazisindəki yolun kənarında quraşdırılmış, dəyəri 7100 manat olan 66 ədəd alüminium tor şəbəkə və 100 metr led formalı işıqların oğurlanması barədə MMC-lərdən birindən müraciət axil olub. Faktla əlaqədar cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və saxlanılaraq istintaqa təhvil veriliblər. Araşdırmalarla onların Bakı şəhər sakinləri Qədir Süleymanov və Faiq Yusubov olduqları, oğurluğu birgə törətdikləri müəyyən edilib. Oğurlanmış ictimai əmlakın müəyyən qismi maddi sübut kimi aşkar edilərək götürülüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












