Yol kənarları və səkilər zəbt edilir, sıxlıq yaranır - Qadağanedici nişanın tələbinə niyə əməl olunmur? - VİDEO

Bakının Nizami rayonu, Qara Qarayev prospekində ikizolaqlı yolun hər iki tərəfində avtomobillər park edilir.
Sürücülər həmin yolun hər iki tərəfində yerləşdirilən dayanma və durmanı qadağan edən nişanın tələbinə əməl etmirlər.
Xüsusən də 8-ci kilometr bazarının yaxınlığında avtomobili necə gəldi saxlayan sürücülər həmin ərazidə ikinci bazar yaradırlar.
Çəkiliş apardığımız zaman yol kənarına nəzarət edənlərə də rast gəldik. Avtomobilin park edilməsinə şərait yaradan şəxsə yaxınlaşdıqda and-aman etməyə başladı ki, nəzarətçi deyil.
İşin maraqlı tərəfi bundadır ki, ərazidə 6 mərtəbəli 385 avtomobilin dayanması üçün müasir dayanacaq var. Qiymətlərinə gəldikdə isə parkinq yerindən ''Xəzər Xəbər''ə bildirdilər ki, avtomobilin saxlanması üçün 2 saat-1, 6 saat-2, 12 saat-3, 24 saat üçün isə 4 manatdır.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, nişanın tələbini pozaraq avtomobili yol kənarında saxlamaq inzibati qayda pozuntusudur.
Onun sözlərinə görə, yol polisi tərəfindən dayanma və durma qaydasını pozanlara qarşı mütəmadi reydlər keçirilir. Qaydaları pozanlar 20-40 manat məbləğində cərimə edilirlər.
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO










