Yol kənarlarına həmişəyaşıl ağac və kol bitkiləri əkildi - FOTOLAR

Ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə, cəmiyyət tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir. Növbəti bu cür addımlar Bakı-Şamaxı-Yevlax, Zığ dairəsi-Hava limanı, Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Xətai rayonu Yusif Səfərov küçəsində atılıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən hissəsində yol kənarlarında 150 ədəd müxtəlif növ ağac, Bakı Dairəvi-1 avtomobil yolunda 100 ədəd Eldar şamı, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində və Yusif Səfərov küçəsinin yol ayrıcında yerləşən yaşıllıq zolaqlarında 200-dən artıq həmişəyaşıl Liqustrum bitkisi, Zığ dairəsi-Hava limanı avtomobil yolunun kənarlarında isə 2 min ədəd həmişəyaşıl Liqustrum ağacı əkilib. Əvvəlcə sözügedən ərazilər bitkilərin əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra quyular qazılıb və kol bitkisi əkilib. Əkilən bitkilərə üzvi gübrə verilərək suvarılıb.
Qeyd edək ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair və meşələrin bərpa edilməsi, artırılmasına dair Milli Proqramların, eyni zamanda, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Avtomobil yollarının mühafizə zolaqında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədi ilə aparılan işlər sürətlə davam etdirilir.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?















