Yol kənarlarındakı dəmir barmaqlıqların hamısı bir gecədə oğurlandı - FOTO

Zabrat-Maştağa yolunda xeyli sayda yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqları oğurlanıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, yol kənarlarında olan quyuların dəmir barmaqlıqlarının oğurlanması sürücülər üçün çətin vəziyyət yaradıb. Son bir neçə gün ərzində yolla hərəkət edən avtomobillər açıq quyulara düşüb. Nəticədə avtomobillərə ziyan dəyib.
Maştağa qəsəbə sakini Sahib Qədirovun dediyinə görə, dəmir barmaqlıqlar bir gecədə oğurlanıb: “Bu artıq neçənci dəfədir ki, baş verir. Hər gün bu yoldan istifadə edirik.
Oğurlayanda da hamısını birdən oğurlayırlar. Axşam olanda görürsən ki, maşınlarda düşür quyuya. Bizim qəsəbənin neçə sakininin maşınına buna görə zərər dəyib. İndi biz bilirik, xəbərimiz var. Elə adam da olur ki, buralara ilk dəfə gəlir. Əgər maşın bir az yüksək sürətlə düşdüsə, çox ciddi ziyan dəyir. Biz özümüz yolda qalan sürücülərə dəfələrlə kömək etmişik”.
Barmaqlıqların oğurlanması səth sularının normal axmasına da problem yaradıb, quyuların tıxanmasına səbəb olub.
Sakinərin də narazılığına səbəb olan məsələ ilə bağlı musavat.com-a danışan “Azəryol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, qeyd edilən ünvanda bu cür oğurluq halları daha əvvəl də müşahidə edilib: “Biz problemi həll edib, yeni barmaqlıqlar qoymuşuq. Ancaq bu hal yenə də təkrarlanıb. Məsələnin həll edilməsi üçün yenə lazımi tədbir görüləcək”.
A.Nəcəfli bu cür halların təkcə adı çəkilən ünvanda deyil, paytaxtın bir çox küçələrində baş verdiyini bildirdi: “Bir çox küçələrdə dəmir barmaqlıqların oğurlanması kütləvi şəkildə baş verir. Sonuncu olaraq Ziya Bünyadov prospektindən 50-dən çox yerdə oğurlanmışdı.
Dəmir barmaqlıqların çəkisi ağırdır. Çıxarıb metal qəbuluna verirlər. Belə hallarda polisə məlumat verilir”.
Qeyd edək ki, dəmir barmaqlığın biri “Azəryol” ASC-yə 30-35 manata başa gəlir.







İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












