Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlər belə xilas edilir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, təlimə Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.
Təlimin keçirilməsində məqsəd Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi, eləcə də aidiyyəti qurumlar arasında belə hallarda koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti avtomobil qəzası zamanı avtomobillərdə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişlərin” xilas edilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi və avtomobil yolunda müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi kimi əməliyyatlar uğurla icra olunub.
Təlimin sonunda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
“Araz” Marketin ENDİRİM OYUNU – Müştərilər belə ALDADILIR
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ










