Yol Polisi: “07” saatda 230 kilometr sürətlə hərəkət edə bilər – FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) Rusiya istehsalı olan “VAZ 2107” markalı avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, həmin avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi mümkündür: “Təbii ki, bunu araşdırmaq lazımdır. Ola bilər ki, həmin avtomobilin mühərrikinə müdaxilə olunub. Yəni, mümkündür ki, mühərrikin gücünü artırmaq üçün gücləndirici qurğuların sayı artırılsın. Belə olan halda, əlbəttə, həmin avtomobil saatda 180 kilometr yox, 230 kilometr sürətlə hərəkət edə bilər.
Radar texniki vasitədir, ona müdaxilə etmək olmur. Amma avtomobilin mühərrikinə müdaxilə etmək olur. Hətta 1.6 həcmli avtomobilin mühərrikini çıxarıb yerinə daha böyük həcmli mühərik qoyan sürücülər də var”.
Qeyd edək ki, sosial şəbəkələrdə “VAZ 2107” markalı avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi ilə bağlı elektron protokolun fotoları yayılıb.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












