Yol Polisi Bakıdakı problemli yolları nəzarətə götürüb - FOTO

Hava şəraiti ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yol polisləri Bakı şəhər İcra Hakimiyyətinin Qış Qarajı ilə birlikdə yollarda fasiləsiz xidmətə başlayıb: "Artıq problemli ərazilər nəzarətə götürülüb, şəhərin yüksək hissələrində yolların kənarlarına qum və buz topaları ehtiyat üçün tökülüb, texnikalar hazırlıqlı vəziyyətə gətirilib. Hazırda yollarda vəziyyət normaldır, amma paytaxtın yüksək ərazilərində sürüşmə ehtimalları var. Sürücülərdən xahiş edirik ki, bu günlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük verilsin".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















