Yol polisi deputat oğlunu sərxoş yaxaladı - YENİLƏNİB

Milli Məclisin deputatı Ayaz Orucovun oğlu sərxoş vəziyyətdə avtomobil edarə etdiyi üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, hadisə bir neçə gün əvvəl Bakı şəhərində qeydə alınıb. Deputat oğlu yol polisi tərəfindən saxlanılarkən kobudluq edərək tabesizlik göstərib. Hətta, atasının deputat olduğunu deyərək yol polislərinə problem yaradacığını da bildirib. Lakin DYP əməkdaşları geri çəkilməyib və deputat oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı sənədləşdirilib. Deputat oğluna protokol yazılıb, avtomobili isə cərimə meydançasına salınıb. Bundan xəbər tutan millət vəkili Ayaz Orucov qalmaqal yaradıb. Məlumata görə, deputat Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək oğluna protokol yazan yol polisi əməkdaşının cəzalandırılmasını istəyib. Lakin onun bu cəhdləri nəticəsiz qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov Avtosfer.az-a bildirdi ki, deputatın qalmaqal yaradaraq DİN rəhbərliyinə şikayətlənməsindən məlumatsızdır: «Məndə bu barədə məlumat yoxdur. Lakin yol rolisi sürücünü sərxoş vəziyyətdə saxlayıb protkol yazıbsa, bunu qanuna əsaslanaraq edirlər».
Deputat Ayaz Orucov Avtosfer.az-a açıqlamasında qısaca olaraq bunları deyib: «Onu yol polisindən soruşun. Mən bu barədə eşitməmişəm, görməmişəm, xəbərim yoxdur».
Qeyd edək ki, bir müddət əvvəl “Nissan Juke” markalı avtomobildə olan Aynurə Cəfərova “Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib.
Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib, İqtisadi siyasət komitəsinin üzvüdür.
***
"Bu, yalan məlumatdır. Oğlumu yol polisi nəyə görə saxlamaldır? Əslində polisin qanun pozan hər bir şəxsi saxlamaq hüququ var, amma mənim oğlumla bağlı deyilənlər tamamilə yanlış məlumatdır”. Bu sözləri Modern.az saytına deputat Ayaz Orucov deyib. O qeyd edib ki, oğlu İsmayıl Orucovümumiyyətlə, içki qəbul etmir. "Məlumatın yayılması sifariş ola bilərmi” sualına cavab olaraq deputat bildirib ki, sifariş olub-olmadığını bilmir: "Bunun sifariş olub-olmadığını deyə bilmərəm. Bir onu bilirəm ki, məlumatı kim yazıbsa, onunla məhkəmədə görüşəcəyik”.
Emin
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT













