Yol polisi dumana düşən sürücülərin köməyinə gəldi - FOTO

Bakı-Qazax avtomobil yolunda qatı duman nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu gün səhər saatlarından başlayaraq rayon ərazisində qatı duman müşahidə olunub. Bu səbəbdən Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb. Bəzi avtomobillərin sürücüləri öz nəqliyyat vasitələrini təhlükəsizlik səbəbindən yol kənarında saxlayıblar. Hazırda DYP əməkdaşları tərəfindən də dumanlı ərazidə sürücülərin təhlükəsiz hərəkət etmələri üçün lazımi işlər görülür.
DYP-dən Avtosfer.az-a bildirilib ki, hazırda ərazidə cüzi duman müşahidə olunur. Təxminən 300-500 metr məsafəni aydın görmük mümkündür. Əgər hər hansı çətinlik yaranarsa yol patrul xidməti əməkdaşları sürücülərə lazımi qaydada köməklik göstərik hərəkətin təhlıükəsizliyini təmin edəcəklər.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














