Yol polisi ilə sürücünün mübahisə etməsinin videosu nümayiş etdiriləcək

Gənc fəal Bəxtiyar Hacıyev Yasamal rayon Məhkəməsinə aparılıb. Bu barədə Trend-ə B.Hacıyev məlumat verib. O bildirib ki, Yasamal rayon Polis İdarəsində ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsində B.Hacıyevin işi üzrə keçirilən məhkəmə prosesində onun vəkili Cavad Cavadov vəsatət qaldıraraq hadisə zamanı ərazidə olan müşahidə kameralarının kadrlarının nümayiş olunmasını istəyib. Vəsatət təmin olunub. Prosesdə elan olunub ki, sabah məhkəmə prosesində müşahidə kameralarının kadrları nümayiş olunacaq.
Xatırladaq ki, B.Hacıyev dünən Yasamal rayon Dövlət Yol Polisinin 99 YP 403 dövlət nömrə nişanlı avtomobili tərəfindən saxlanılıb və ona qayda pozması barədə məlumat verilərək avtomobili cərimə meydançasına aparılıb. Bu gün səhər saatlarında isə B.Hacıyevlə həmin avtomobili idarə edən yol polisi arasında mübahisə yaranıb və o, saxlanılaraq Yasamal rayon Polis İdarəsinə aparılıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












