Yol polisi qadın sürücüləri bu hədiyyələrlə surpriz edəcək – SİYAHI - FOTO

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən qadın sürücülərə sürpriz ediləcək. Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu gün səhər saatlarından başlayaraq paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunacaq. Reyd zamanı saxlanılan qadın sürücülər hədiyyələrlə mükafatlandırılacaq. Bu zaman xanım sürücülər arasında qaydalara əməl edən, il ərzində kobud xətalara yol verməyən xanım sürücülərə üstünlük veriləcək. Bundan əlavə, reyd zamanı qayda pozuntusuna görə saxlanılan xanımlara bayramla əlaqədar olaraq güzəşt olunacaq.
Xanım sürücülərə veriləcək hədiyyələr bir neçə gün əvvəldən müəyyənləşdirilib. Həmin hədiyyələr arasında müxtəlif əşyalar, pulsuz yanacaq, avtoyuma, sığorta kartları, gül və başqa qiymətli hədiyyələr də var.
Avtosfer.az DYP-nin xanım sürücülər üçün nəzərdə tutduğu hədiyyələrin fotolarını və siyahısını təqdim edir:
1- «Azersun Holdinq» Şirkətlər Qrupu – Qida məşsulları
2 - «Elinox» soyuducu vitrinlər və mətbəx avadanlıqları – (Avtosfer.az saytı ilə birlikdə) məişət əşyaları
3- «ATA Sığorta» - pulsuz sığorta
4 – «Ağ Çiçəyim» - güllər
5 – SOCAR Petrolium – pulsuz yanacaq və kontaktsız avtoyuma
6- «Nişantaşı» restoranı – iki nəfərlik pulsuz şam yeməyi
7 – «Likon» şirkəti – pulsuz danışıq kartı
8 – 188 yükdaşıma və evakuasiya xidməti – hədiyyə kartı
9 - Procter&Gamble – Müxtəlif hədiyyələr
10 – Video.az – kosmetika məhsulları
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçirilir. Aksiya zamanı yol polisləri şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərinə tam əməl edən xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edirlər.
Dövlət Yol Polisi və Avtosfer.az saytı bütün xanım sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü Münasibətilə təbrik edir, onlara təhlükəsiz yol arzulayır.
Elmin
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA




























