Yol polisi saxladıği üçün özünü yandıran sürücünün – FOTOLARI

Dünən günorta saatlarında Ağdaş rayonunda intihara cəhd olub. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Ağdaşın mərkəzi bazarının qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu ilə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb. Səbəb isə H.Söhbətovun 10 LS 956 dövlət nömrə nişanlı, “VAZ 2105” markalı minik avtomobilini mülkiyyət hüququ olmadan etibarnaməsiz idarə etməsi olub. Belə ki, avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Ağdaş rayon Məhkəməsi qərar qəbul edib. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyib. H.Söhbətov yeni aldığı avtomobillə qayda pozduğuna görə bu günlərdə 109 manat cərimə ödədiyini, nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını əsas gətirərək, polis əməkdaşlarına müqavimət göstərib. O, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olduğunu və nəqliyyat vasitəsinin əlindən alınaraq polis şöbəsinə aparılmasına qarşı çıxıb və mübahisə zamanı avtomobildəki şüşə qabdan benzini götürərək başına töküb. 35 yaşlı sürücü polis əməkdaşlarının gözü qarşısında özünə od vuraraq yandırıb.
Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməyi ilə xəstəxanaya aparılıb.
Ağdaş rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda intihara cəhd edən şəxsin həyatı üçün təhlükə yoxdur. Lakin o, bu hadisənin izlərini ömür boyu daşımalı olacaq. Belə ki, H.Söhbətovun bədəninin 20 faizdən çoxdu ağır dərəcədə yanıb. Onun üz nahiyəsi tamamilə yanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












