Yol polisi sürücülərə müraciət etdi

Bakının yol polisi paytaxtda müşahidə edilən qeyri-sabit, yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov sürücülərə müraciət edib: "Sürücülərə tövsiyə edirik ki, avtomobili idarə edərkən mütləq meteoroloji şəraiti nəzərə alsınlar, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olsunlar, sürüşmə ehtimalı olduğundan maksimum dərəcədə əyləc sistemindən istifadə etməməyə və ara məsafəsini normadan artıq saxlamağa çalışsınlar, yola yalnız şüşəsiləni işlək olan avtomobillərlə çıxsınlar. Sürücülər həm də belə havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməməli, əksinə, sürət həddini minimuma endirməli, eyni zamanda ətrafdakı insanları, piyadaları çirkli yağış suları ilə islatmmalıdırlar".
Bölmə rəisi əlavə edib ki, yaxşı olar ki, belə havalarda şəxsi avtomobillərdən az istifadə edilsin, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin.
milli.az
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












